Monteneqronun Prezidenti Milo Cukanoviçdən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik və ailə səadəti, ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.
Pandemiya ilə bağlı hazırda yaşadığımız çətin dönəmə baxmayaraq, ölkələrimiz həmrəylik nümayiş etdirir, Monteneqro və Azərbaycan arasındakı əməkdaşlıq əlaqələrinin və sıx münasibətlərin davamlı inkişafına töhfə verməkdə davam edirlər.
Sizinlə yaxın gələcəkdə görüşməyimizi səbirsizliklə gözləyirəm və dost Azərbaycana inkişaf arzulayıram.
Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Ən xoş arzularla,
Milo Cukanoviç
Monteneqronun Prezidenti