KONSULLUQ VƏ VİZA

DİQQƏT

Xahiş edirik viza üçün müraciət etməzdən öncə səyahətlə bağlı aşağıdakı xəbərdarlığı diqqətlə oxuyun

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və digər rayonlarına səyahət etmək istəyən bütün xarici vətəndaşların diqqətinə çatdırır ki, Ermənistan Respublikasının silahlı qüvvələrinin işğalı səbəbindən bu ərazilər müvəqqəti olaraq Azərbaycan Respublikasının nəzarəti altında deyil.
Beynəlxalq səviyyədə Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınan bu ərazilərə Azərbaycan Respublikasının razılığı olmadan istənilən səyahət Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün pozulması, eləcə də milli qanunvericiliyin və beynəlxalq hüququn müvafiq norma və prinsiplərinin pozulması kimi qəbul edilir.
Bununla əlaqədar, Nazirlik bütün xarici vətəndaşları Azərbaycan Respublikasının işğal edilmiş Dağlıq Qarabağ regionu və onun ətrafındakı ərazilərinə səfər etməməyə çağırır.
Nazirlik bildirir ki, işğal edilmiş ərazilərə Azərbaycan Respublikasının razılığı olmadan səyahət etmiş şəxslərə Azərbaycan Respublikası ərazisinə daxil olmağa icazə verilməyəcəkdir.

 

 

Azərbaycan Respublikası vətəndaşlarının Monteneqroya giriş-çıxışı üçün viza rəsmiləşdirilməsi qaydaları

 

Monteneqro hökümətinin 18 mart 2015-ci il tarixli qərarına əsasən, etibarlı ümumvətəndaş passportlarına malik Azərbaycan vətəndaşları bütün il boyu 90 gün müddətində Monteneqroya vizasız giriş-çıxış edə bilər  və ya tranzit olaraq istifadə edə bilərlər.

 

Viza almaq üçün tələb olunan sənədlər

Diplomatik və xidməti  pasportlara malik Monteneqro  vətəndaşları Azərbaycana vizasız səyahət edə bilər və 90 günədək ölkəmizdə qala bilərlər.

 

Viza almaq üçün Diplomatik Nümayəndəliyə aşağıdakı sənədlər təqdim edilməlidir:

İşgüzar, əmək, mədəni, idman, təhsil və humanitar məqsədli səfərlər

  • Pasportun əsli və onun əsas səhifələrinin surəti (pasportun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır) ;
  • Müvafiq qaydada doldurulumuş ərizə-anket EVİSA.MFA.GOV.AZ 
  • biometrik identifikasiya tələblərinə uyğun iki ədəd rəngli fotoşəkil

(3x4sm);

  • nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti (vəsatət formasını yüklə);
  • dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti (qeyri-dövlət təşkilatları üçün);
  • Dəvət edən tərəfin dəvətin səbəbini göstərən imzalanmış və möhürlənmiş dəvət məktubu;
  •  tibbi sığorta şəhadətnaməsinin surəti (dəvət edən tərəf tibbi xidmətləri öz üzərinə götürmədikdə);
  • viza verilməsi ucun dövlət rüsumunun ödənilməsi barədə sənəd

Rəsmi səfərlər

  • əcnəbinin və vətəndaşlığı olmayan şəxsin təmsil etdiyi ölkənin və ya beynəlxalq təşkilatın rəsmi notası və ya Azərbaycan Respublikasının müvafiq qurumlarının vəsatəti;
  • Pasportun əsli və onun əsas səhifələrinin surəti (pasportun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır) ;
  • Müvafiq qaydada doldurulumuş ərizə-anket EVİSA.MFA.GOV.AZ ;
  • biometrik identifikasiya tələblərinə uyğun iki ədəd rəngli fotoşəkil

(3x4sm);

  • tibbi sığorta şəhadətnaməsinin surəti (dəvət edən tərəf tibbi xidmətləri öz üzərinə götürmədikdə)

Şəxsi səfərlər

  • Şəxsi səfər vizası Azərbaycan Respublikası vətəndaşının, Azərbaycan Respublikasında daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin, Azərbaycan Respublikasında müvəqqəti yaşamaq ucun icazəsi olan əməkçi miqrantın və ya təhsil alan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin (yalnız həmin əməkçi miqrantın və ya təhsil alan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin ailə üzvləri üçün) müvafiq icra hakimiyyəti orqanı tərəfindən rəsmiləşdirilmiş dəvətnaməsi;
  • dəvət edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti;
  • Pasportun əsli və onun əsas səhifələrinin surəti (pasportun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır) ;
  • Müvafiq qaydada doldurulumuş ərizə-anket EVİSA.MFA.GOV.AZ ;
  • biometrik identifikasiya tələblərinə uyğun iki ədəd rəngli fotoşəkil

(3x4sm);

  • tibbi sığorta şəhadətnaməsinin surəti (dəvət edən tərəf tibbi xidmətləri öz üzərinə götürmədikdə)
  • viza verilməsi ucun dövlət rüsumunun ödənilməsi barədə sənəd

 

Turizm məqsədli səfərlər

 

  • turizm vauceri və ya turizm yollayışı, yaxud sərnişin bileti və mehmanxanada, kempinqdə, turist bazasında və ya digər bu kimi obyektlərdə yer sifariş edilməsini təsdiqləyən sənəd (otelin imzalanmış və möhürlənmiş məktubu);
  • Pasportun əsli və onun əsas səhifələrinin surəti (pasportun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır) ;
  • Müvafiq qaydada doldurulumuş ərizə-anket (EVİSA.MFA.GOV.AZ )
  • biometrik identifikasiya tələblərinə uyğun iki ədəd rəngli fotoşəkil

(3x4sm);

  • tibbi sığorta şəhadətnaməsinin surəti (dəvət edən tərəf tibbi xidmətləri öz üzərinə götürmədikdə)
  • viza verilməsi ucun dövlət rüsumunun ödənilməsi barədə sənəd

 

 

 

Arxiv üzrə axtarış