Xahiş edirik viza üçün müraciət etməzdən öncə səyahətlə bağlı aşağıdakı xəbərdarlığı diqqətlə oxuyun

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və digər rayonlarına səyahət etmək istəyən bütün xarici vətəndaşların diqqətinə çatdırır ki, Ermənistan Respublikasının silahlı qüvvələrinin işğalı səbəbindən bu ərazilər müvəqqəti olaraq Azərbaycan Respublikasının nəzarəti altında deyil.
Beynəlxalq səviyyədə Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınan bu ərazilərə Azərbaycan Respublikasının razılığı olmadan istənilən səyahət Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün pozulması, eləcə də milli qanunvericiliyin və beynəlxalq hüququn müvafiq norma və prinsiplərinin pozulması kimi qəbul edilir.
Bununla əlaqədar, Nazirlik bütün xarici vətəndaşları Azərbaycan Respublikasının işğal edilmiş Dağlıq Qarabağ regionu və onun ətrafındakı ərazilərinə səfər etməməyə çağırır.
Nazirlik bildirir ki, işğal edilmiş ərazilərə Azərbaycan Respublikasının razılığı olmadan səyahət etmiş şəxslərə Azərbaycan Respublikası ərazisinə daxil olmağa icazə verilməyəcəkdir.

Arxiv üzrə axtarış