2020-02-04

Azərbaycan Monteneqroya ən çox investisiya yatıran ölkələrdəndir

 

Monteneqronun Bar şəhərinin bələdiyyə sədri Duşan Rayeviç Azərbaycan-Monteneqro Mədəni-İqtisadi Əməkdaşlıq Mərkəzinin direktoru Seyran Mirzəzadə və Azərbaycanın bu ölkədəki səfirliyinin müşaviri Mahir Cəfərovla görüşüb.

Görüşdə Bar şəhərinin iqtisadi imkanları, turizm sahəsində ikitərəfli əməkdaşlıq və sair barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan-Monteneqro əlaqələrinə toxunan diplomat iki ölkə arasındakı əməkdaşlığın yüksək səviyyəsindən danışaraq qeyd edib ki, bu dostluq bütün sahələrdə özünü büruzə verir. Azərbaycan hazırda Monteneqroya ən çox sərmayə yatıran ölkələr sırasındadır.

Arxiv üzrə axtarış