2019-10-12

Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Monteneqro Ticarət Palatası arasında əməkdaşlığa dair saziş imzalanıb

Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Monteneqro Ticarət Palatası arasında əməkdaşlığa dair saziş imzalanıb.

Bu barədə Azərbaycan-Monteneqro İqtisadi və Mədəni Mərkəzindən məlumat veriblər.

Sazişə əsasən əməkdaşlıq və müştərək layihələr üçün potensial imkanlar araşdırılacaq, ticarət və iqtisadi əlaqələrin genişlənməsi təşviq ediləcək, qarşılıqlı sərmayə imkanları dəyərləndiriləcəkdir.

Bu sazişin iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin möhkəmlənməsinə töhfə verəcəyi gözlənilir.

Arxiv üzrə axtarış