2019-07-26
“Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında fövqəladə hallar sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında fövqəladə hallar sahəsində əməkdaşlıq haqqında” 2019-cu il mayın 3-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 iyul 2019-cu il