2019-07-25

Azərbaycanla Monteneqronun əməkdaşlığının inkişafı üçün böyük potensial var

Azərbaycanla Monteneqronun turizm, ticarət, infrastuktur, kənd təsərrüfatı və mədəniyyət sahəsində əməkdaşlığının inkişafı üçün böyük potensial mövcuddur.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından (ASK)  bildirilib ki, bu barədə ASK-nın Monteneqro, Serbiya, Bosniya və Herseqovina üzrə nümayəndəsi Seyran Mirzəzadə Serbiyanın “Danas” informasiya agentliyinə müsahibəsində deyib.

S.Mirzəzadə Azərbaycan–Monteneqro iqtisadi əlaqələri, Monteneqro Baş Nazirinin Azərbaycana son səfəri və ASK-nın fəaliyyəti haqqında məlumat verib. Qeyd edib ki, 1999-cu ildən fəaliyyət göstərən ASK hazırda ətrafında 6 mindən çox sahibkarlıq subyektini, o cümlədən 70-dək ittifaqı birləşdirir. Monteneqro, Serbiya, Bosniya və Herseqovina üzrə yeni nümayəndəlik sayca 18-cidir.

Təşkilatın missiyasına toxunan S.Mirzəzadə deyib: “Konfederasiyanın məqsədlərindən biri üzvləri arasında işgüzar əlaqələrin yaradılması, eyni zamanda, xarici ölkələrdə də tərəfdaşların tapılmasında kömək göstərməkdir. Yeni nümayəndəliyin açılması Azərbaycanla region ölkələri arasında iqtisadi əlaqələrin inkişafına töhfə verəcək”.

Arxiv üzrə axtarış