2019-06-09

Monteneqro portalında Mikayıl Müşfiq haqqında məqalə dərc olunub

Monteneqronun nüfuzlu "avlija.me" internet nəşrində Azərbaycan korifeyləri barədə materiallar silsiləsindən növbəti məqalə dərc olunub.

Bu dəfə Monteneqro ictimaiyyəti böyük Azərbaycan şairi Mikayıl Müşfiqin yaradıcılığı ilə tanış olmaq imkanı əldə edib (bax: https://www.avlija.me/portreti/mikail-musfig-pjesnik-stradanja-bola-i-patnje).

Yazıda şairin həyat yolundan, ölməz əsərlərindən söhbət açılır. Bildirilir ki, 1930-cu illərdə Azərbaycan ziyalılarının məruz qaldığı repressiyalar, ilk növbədə, milli elitanın başsız qalmasına, xalqımızın ən yaxşı oğul və qızlarının məhv edilməsinə yönəlmişdi.

 

Arxiv üzrə axtarış