2019-05-11

Monteneqro portalında ulu öndər Heydər Əliyev haqqında məqalə dərc olunub

Monteneqronun geniş oxucu kütləsinə malik avlija.me xəbər portalında Azərbaycanın ümummilli lideri Heydər Əliyevin doğum günü münasibətilə məqalə dərc olunub.

“Azərbaycan dövlətçiliyi üçün mübarizə aparan insanın yolu” sərlövhəli məqalədə müəllif Ulu Öndərin Azərbaycana rəhbərliyi dövrünün ölkənin inkişafının ən şanlı səhifələrindən olduğunu vurğulayır. Azərbaycanın parçalanmaq təhlükəsi ilə üz-üzə qaldığı bir dövrdə Heydər Əliyevin xalqın təkidi ilə rəhbərliyə gələrək fəlakətin qarşısını aldığı qeyd olunur.

Müəllif bildirir ki, Ulu Öndərin strateji tərəfdaşlıq xətti nəticəsində Azərbaycan tez bir zamanda nəinki MDB məkanında, eyni zamanda, dünya ölkələri ilə əlverişli iqtisadi və siyasi əlaqələr qurdu.

Arxiv üzrə axtarış