2019-05-08

Monteneqroda “Heydər Əliyev Kuboku” uğrunda futbol və həndbol yarışları keçirilib

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Azərbaycanın Monteneqrodakı Diplomatik Nümayəndəliyinin, Azərbaycan-Monteneqro İqtisadi-Mədəni Mərkəzinin təşəbbüsü və təşkilatçılığı, “Azmont Investments” şirkətinin dəstəyi ilə Podqoritsada “Heydər Əliyev Kuboku” uğrunda futbol və həndbol yarışları keçirilib.

Diplomatik Nümayəndəliyin müşaviri Anar Əcəmov tədbir iştirakçılarına zəngin siyasi təcrübəyə malik olan Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin qorunması, gücləndirilməsi sahəsində misilsiz xidmətləri barədə məlumat verib, bugünkü Azərbaycanın məhz onun əsasını qoyduğu sarsılmaz təməl üzərində daha da möhkəmləndiyini vurğulayıb. Ulu öndər Heydər Əliyevin ölkəmizdə idmanın və gənclərin inkişafına xüsusi əhəmiyyət verdiyi və bunun nəticəsində Azərbaycanın bir sıra mötəbər beynəlxalq yarışlara ev sahibliyi etdiyi diqqətə çatdırılıb.

Sonda Azərbaycanın Monteneqrodakı Diplomatik Nümayəndəliyinin müşaviri Anar Əcəmov, Azərbaycan-Monteneqro İqtisadi-Mədəni Mərkəzinin direktoru Seyran Mirzəzadə, “Nova Banka”nın direktoru Kamran Məmmədov, Monteneqronun tanınmış idmançısı Qoran Cukanoviç tərəfindən qaliblərə mükafatlar təqdim edilib.

Tədbir yerli mətbuatda geniş işıqlandırılıb.

Arxiv üzrə axtarış