2019-05-01

Monteneqro portalı azərbaycanlılardan ibarət 223-cü diviziyanın keçdiyi döyüş yolundan yazır

Monteneqronun nüfuzlu “Avlija” xəbər portalında azərbaycanlılardan ibarət 223-cü diviziyanın İkinci Dünya müharibəsində keçdiyi şərəfli döyüş yolundan, Belqrad şəhərinin azad olunması uğrunda göstərdikləri şücaətlərdən, həmçinin faşizm üzərində qələbənin əldə olunmasında Azərbaycanın töhfələrindən bəhs edən məqalə dərc olunub. Qırmızı bayraq ordenini daşıyan bu diviziyaya qəhrəmanlıqlarına görə “Belqrad diviziyası” adı verilmişdir.

Məqalədə 223-cü diviziyanın 1041-ci polkunun əfsanəvi komandiri Baxış Mehdiyevin 2012-ci ildə serb dilinə tərcümə edilmiş kitabından da istifadə olunub.

Arxiv üzrə axtarış