Prezident Milo Cukanoviç: Qlobal Bakı Forumu mühüm əhəmiyyət kəsb edir
Qlobal Bakı Forumu mühüm əhəmiyyət kəsb edir. Dünyanın hazırkı və keçmiş dövlət və hökumət başçıları Forumda iştirak edir və mühüm məsələlər barədə müzakirələr aparırlar.
Bu fikirləri jurnalistlərə açıqlamasında VII Qlobal Bakı Forumunda iştirak edən Monteneqronun Prezidenti Milo Cukanoviç deyib.
Dövlət başçısı Azərbaycan-Monteneqro münasibətlərindən danışaraq bildirib ki, ölkələrimiz arasında yüksək səviyyəli əlaqələr mövcuddur. “Biz əlaqələrin daha da inkişaf etdirilməsi üçün imkanların olduğunu düşünürük”, - deyə o əlavə edib. Prezident vurğulayıb ki, xüsusilə də turizm və enerji sektorunda əməkdaşlığın genişləndirilməsi diqqət mərkəzindədir.