2019-03-13

Monteneqro bərpaolunan enerji sahəsində Azərbaycanla əməkdaşlıq etmək niyyətindədir

Energetika Nazirliyində Monteneqronun “Adriatic Capital” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirlikdən bildirilib ki, görüşdə “Adriatic Capital” şirkəti vasitəsilə bərpaolunan enerji sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

“Adriatic Capital”ın baş icraçı direktoru Marko Vuyoviç Monteneqroda alternativ və bərpaolunan enerji sektorunun mövcud vəziyyəti, bu sahədə şirkətin fəaliyyəti, iştirak etdiyi layihələr haqqında məlumat verib. Bildirib ki, şirkət layihələndirmə, maliyyələşdirmə, tikinti və istismar xidmətləri üzrə fəaliyyət göstərir və Monteneqro ilə yanaşı, Serbiya, Bosniya və Hersoqovina, eləcə də digər ölkələrdə külək parkları, su və günəş elektrik stansiyalarının tikintisində iştirak edib. M.Vuyoviç şirkətin Azərbaycanda yüksək bərpaolunan enerji mənbələri potensialına malik ərazilərə baxış keçirildiyini, ölkəmizdə külək və günəş enerjisindən istifadə üzrə layihələrdə iştirakda maraqlı olduqlarını bildirib.

Energetika nazirinin müavini Elnur Soltanov ölkədə fəaliyyət göstərən günəş və külək elektrik stansiyaları barədə məlumat verib. Azərbaycanın bərpaolunan enerji sahəsinin, xüsusilə külək və günəş enerjisinin inkişafı üzrə mövcud potensialın, investisiya imkanlarının qiymətləndirilməsi, bərpaolunan enerji və enerji səmərəliliyi üzrə qanunvericilik sənədlərinin hazırlanması, müxtəlif şirkətlərlə, maliyyə qurumları ilə əməkdaşlıq, bu sahənin özəl investorlar üçün cəlbediciliyinin artırılması istiqamətində görülən işlər diqqətə çatdırılıb.

Görüşdə bərpaolunan enerji sahəsinin inkişafı üzrə Energetika Nazirliyi ilə anlaşma memorandumunun imzalanması və gələcək əməkdaşlıq imkanlarının müəyyən edilməsi istiqamətində danışıqların aparılmasına dair müzakirələr aparılıb.

uture cooperation prospects.

Arxiv üzrə axtarış