2018-10-25
Azərbaycan ilə Monteneqro arasında təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib
Oktyabrın 25-də Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramov VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Monteneqronun təhsil naziri Damir Sehoviçlə görüşüb.
Görüşdə Azərbaycan ilə Monteneqro arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib