2018-05-08

Monteneqro Prezidenti cənab Filip Vuyanoviçin AR Prezidenti cənab İlham Əliyevə ünvanladığı məktub

Podqoritsa

3 may 2018-ci il

Monteneqro Prezidenti

 

Azərbaycan Respublikasının

Prezidenti

Zatı-aliləri cənab İlham Heydər oğlu Əliyevə

Hörmətli Prezident,

Monteneqro Prezidenti kimi ikinci səlahiyyət müddətimin tezliklə başa çatacağını nəzərə alaraq, Monteneqro və Azərbaycan Respublikası arasındakı yüksək səviyyəli əməkdaşlığa və həmçinin ötən illər ərzində yaranmış səmimi şəxsi əlaqələrimizə görə  Sizə bir daha minnətdarlığımı bildirmək istərdim.

2011-ci ilin sentyabr ayında Azərbaycana gerçəkləşdirilən ilk rəsmi səfərimlə çox qürur duyuram. O vaxt və həmçinin 2013-cü ilin mart ayında Sizin Monteneqroya rəsmi səfəriniz zamanı, biz ölkələrimiz arasında bir çox sahələrdə yaxın dostluq və mükəmməl tərəfdaşlıq əlaqələrinin təməlini qoyduq. 2011-ci ildən bəri daimi əsasda hər il Sizinlə Bakıda, Podqoritsada və ya başqa yerlərdə görüşlərimiz ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşması naminə əldə etdiyimiz uğurların sübutudur. Şübhəsiz ki, bizim müntəzəm yazışmalarımız da bu əməkdaşlığın dərinləşməsinə təkan vermişdir.

Bu müddət ərzində Monteneqro və onun vətəndaşları üçün etdiyiniz bütün işlərə görə bir daha Sizə minnətdarlığımı bildirirəm.

Monteneqro və Azərbaycan əlaqələrinin daha da dərinləşəcəyinə və yeni əməkdaşlıq formaları ilə zənginləşəcəyinə əminəm. Şübhəsiz ki, Sizin Prezident Milo Cukanoviçlə olan şəxsi əlaqələriniz buna nail olmaq üçün böyük əhəmiyyət kəsb edəcək.

Möhtərəm Prezident, Sizə can sağlığı, ailə səadəti və ali vəzifələrinizin yerinə yetirilməsində uğurlar arzu edirəm.

Ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm

 

Filip Vuyanoviç

 

Arxiv üzrə axtarış