2018-04-26

Monteneqroda “Arşın mal alan” filmi nümayiş olunub

Azərbaycanın Monteneqrodakı diplomatik nümayəndəliyinin, Azərbaycan-Monteneqro İqtisadi və Mədəni Mərkəzinin təşkilatçılığı və “Azmont Investments” şirkətinin dəstəyi ilə paytaxt Podqoritsada “Arşın mal alan” filminin bərpa olunmuş və rənglənmiş versiyasının Monteneqro dilində təqdimatı keçirilib.

Tədbirdə Monteneqronun dövlət qurumlarının, diplomatik nümayəndəliklərinin, qeyri-hökumət təşkilatlarının və KİV-lərin təmsilçiləri iştirak ediblər.

Film tamaşaçılar tərəfindən maraqla izlənilib.

Qeyd edək ki, “Arşın mal alan” filmi 1913-cü ildə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin eyni adlı operettası əsasında 1945-ci ildə ağ-qara formatda çəkilib. Ekran işi Heydər Əliyev Fondunun təşəbbüsü və “Ata Holding” şirkətinin dəstəyi ilə 2013-cü ildə operettanın 100 illiyi münasibətilə Hollivudda bərpa edilib.

Arxiv üzrə axtarış