2018-01-20

Monteneqronun xəbər portalında 20 Yanvar faciəsindən bəhs edən məqalə dərc olunub

Monteneqronun “dijaspora.news” xəbər portalında 20 Yanvar faciəsindən bəhs edən məqalə dərc olunub.

Məqalədə 20 Yanvar faciəsinin başvermə səbəbləridən, Azərbaycan xalqının müstəqillik uğrundakı mübarizəsindən, nümayiş etdirdiyi qəhrəmanlıqdan bəhs edilib.

Yazıda 20 Yanvar faciəsinin azadlıq, müstəqillik uğrunda mübarizə aparan xalqın inamını sarsıtmaq, iradəsini qırmaq, milli mənliyini məhv etmək məqsədilə törədilmiş qanlı terror aktı olduğu bildirilib.

Vurğulanıb ki, 20 yanvar ümumxalq hüzn günü olmaqla yanaşı, Azərbaycan xalqının milli tarixinin qəhrəmanlıq səhifəsidir.

Arxiv üzrə axtarış