2017-12-13

Podqoritsada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilmişdir

12 dekabr 2017-ci il tarixində AR-in Monteneqrodakı Diplomatik Nümayəndəliyinin, Azərbaycan-Monteneqro iqtisadi və mədəni əlaqələr Mərkəzinin birgə təşkilatçılığı ilə Podqoritsada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilmişdir. Tədbirdə Azərbaycanın Diplomatik Nümayəndəliyin əməkdaşları ilə yanaşı, bu ölkənin ictimaiyyətin və müsəlman icmasının nümayəndələri, Azərbaycan-Monteneqro İqtisadi-Mədəni Mərkəzinin rəhbərliyi, burada yaşayan və təhsil alan azərbaycanlılar iştirak etmişlər.

 

Diplomatik Nümayəndəliyin müşaviri Anar Əcəmov tədbirdə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin həyatından və zəngin siyasi fəaliyyətindən danışmışdır. O, Ulu Öndərin müstəqilliyimizin möhkəmlənməsində, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda, müstəqil AR-in Konstitusiyasının qəbulunda və beynəlxalq əhəmiyyət kəsb edən neft strategiyasının reallaşmasında, ölkəmizdə sabitliyin bərqərar edilməsində, xalqımızın qədim tarixinin və zəngin mədəni irsinin beynəlxalq aləmdə tanıdılmasında, eləcə də Azərbaycan elminin inkişafında əvəzsiz xidmətləri olduğunu qeyd etmişdir.

 

Sonda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan sənədli film nümayiş etdirilmişdir.

 

Arxiv üzrə axtarış