İyulun 4–5-də Monteneqronun dövlət idarəçiliyi naziri Suzana Pribiloviçin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında səfərdə olmuşdur.
İyulun 4–5-də Monteneqronun dövlət idarəçiliyi naziri Suzana Pribiloviçin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında səfərdə olmuşdur.
Səfərin əsas məqsədi dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl təcrübə kimi “ASAN xidmət” modelinin Monteneqroda tətbiq edilməsi imkanlarının, qarşılıqlı əməkdaşlığın müzakirə edilməsi olmuşdur.
Səfər çərçivəsində Monteneqronun dövlət idarəçiliyi naziri Suzana Pribiloviç və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoymuş, Həmçinin görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə güllər düzmüşlər.
Daha sonra Nazir Suzana Pribiloviç Şəhidlər xiyabanı da ziyarət etmiş, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan qəhrəman vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşdur.
Səfər çərçivəsində Monteneqronun dövlət idarəçiliyi naziri xanım Suzana Pribiloviçin rəhbərlik etdiyi nümayəndə heyəti 3 və 5 saylı Bakı “ASAN xidmət” mərkəzləri, Səyyar ASAN xidmət, “ASAN radio”, “ASAN Təlim-tədris mərkəzi” və “ABAD” Sənətkarlıq Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmuşdur.
Nümayəndə heyətinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə, o cümlədən dövlət idarəetməsi sahəsində genişmiqyaslı islahatların həyata keçirilməsi, bu islahatların tərkib hissəsi kimi “ASAN xidmət”in təsis edilməsi barədə ətraflı məlumat verilmişdir.
Qonaqlara "ASAN xidmət" mərkəzlərinin yaradılması, məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilmiş, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunduğu bildirilmişdir.
Bu günədək 16 milyondan çox vətəndaş müraciəti qeydə alındığı bildirilmiş, "ASAN xidmət" Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüldüyü qeyd olunmuşdur.
Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar "ASAN xidmət"ə gələcək fəaliyyətində uğurlar arzulamışdır.
Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Monteneqronun dövlət idarəçilik naziri xanım Suzanna Pribiloviç ilə görüşmüşdür.
Görüşdə M.Abbaszadə DİM-in yaradılması, onun əsas fəaliyyət istiqamətləri, mərkəz tərəfindən göstərilən elektron xidmətlər və ölkəmizdə publik hüquqi şəxslərin yaradılması təcrübəsi haqqında qonağa məlumat vermişdir.