2017-07-05

ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Monteneqro parlamentinin sədri İvan Brayoviçlə görüşmüşdür.

ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Minskdə qurumun 26-cı illik sessiyası çərçivəsində Monteneqro parlamentinin sədri İvan Brayoviçlə görüşmüşdür.

Görüşdə İvan Brayoviç 2016-cı ilin oktyabrında Monteneqroda keçirilən seçkilərdə ATƏT PA-nın müşahidə missiyasının rəhbəri kimi Azay Quliyevin fəaliyyətini yüksək qiymətləndirmişdir.

İki ölkə arasında əməkdaşlığın perspektivləri barədə danışan İ.Brayoviç Azərbaycan ilə Monteneqronun dost ölkələr olduğunu qeyd edib. Spiker Azərbaycan tərəfindən Monteneqronun iqtisadiyyatına qoyulan investisiyanı yüksək qiymətləndirmiş, artıq ölkə parlamentinin seçkilərdən sonra tam funksiya ilə işlədiyini bildirmiş, ölkəsinin NATO-ya üzv qəbul olunmasını uğurlu qərar kimi dəyərləndirmişdir.

A.Quliyev öz növbəsində ATƏT PA-ya üzv olan ölkələrdə seçkilərin ədalətli və obyektiv keçirilməsi önəmli olduğunu,  Azərbaycan və Monteneqro arasında çox gözəl münasibətlər var və ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəklədiyini bildirmişdir.

ATƏT PA-nın vitse-prezidenti onun təşəbbüsü ilə qurumda yaradılacaq “İpək yolu” dəstək qrupuna verdiyi dəstəyə görə Monteneqro parlamentinin spikeri İvan Brayoviçə təşəkkürünü bildirmişdir.

İ.Brayoviç bu dəstək qrupunun yaradılmasının çox uğurlu təşəbbüs olduğunu qeyd etmişdir

Arxiv üzrə axtarış