V Bakı Forumu haqqında Monteneqro KİV-lərinində məqalə dərc olunmuşdur
Monteneqronun ictimai radio və televiziya xidmətinin internet səhifəsində cari il mayın 4-dən 6-dək Bakıda keçirilmiş IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı məqalə yerləşdirilib.
Məqalədə Forumun işi, məqsədi, tədbirdə iştirak edən nümayəndələrlə yanaşı, Monteneqronun mədəniyyət naziri Yanko Lyumoviçin Azərbaycana səfəri barədə də məlumat verilmişdir.
Yazıda “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO-nun tərəfdaşlığı ilə təşkil olunduğu bildirilmişdir.
Eyni zamanda, məqalədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Forumun açılış mərasimindəki nitqi zamanı səsləndirdiyi fikirlərə, beynəlxalq təşkilatların təmsilçiləri ilə görüşlərinə, Forumda müzakirə olunan mühüm mövzulara toxunulmuş, tədbirin mədəniyyət və elm sahələrində əməkdaşlığın genişlənməsi üçün zəmin yaradacağı diqqətə çatdırılmışdır.
Məqalədə, həmçinin tədbirdə çıxış edən UNESCO-nun Baş Katibi İrina Bokovanın, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin və Monteneqronun mədəniyyət naziri Yanko Lyumoviçin fikirlərinə də yer verilmişdir.