2017-05-09

6 may tarixində Monteneqronun paytaxtı Podqoritsa şəhərində futbol və həndbol üzrə “Heydər Əliyev Kuboku” uğrunda idman turniri keçirilib.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü münasibətilə Azərbaycan - Monteneqro İqtisadi - Mədəni Mərkəzinin təşəbbüsü və təşkilatçılığı, “Azmont Investments” şirkətinin dəstəyi ilə cari ilin 6 may tarixində Monteneqronun paytaxtı Podqoritsa şəhərində futbol və həndbol üzrə “Heydər Əliyev Kuboku” uğrunda idman turniri keçirilib.

Azərbaycan - Monteneqro İqtisadi - Mədəni Mərkəzinin direktoru Seyran Mirzəzadə zəngin siyasi təcrübəyə malik olan Heydər Əliyevin Azərbaycanın müstəqilliyi və dövlətçiliyinin qorunması və gücləndirilməsi istiqamətində misilsiz xidmətləri barədə tədbir iştirakçılarına məlumat vermiş, bugünkü Azərbaycanın məhz onun əsasını qoyduğu sarsılmaz təməl üzərində daha da möhkəmləndiyini vurğulamışdir. Heydər Əliyevin ölkəmizdə idmanın inkişafına xüsusi əhəmiyyət verdiyi və bunun sayəsində hal-hazırda ölkəmizin bir sıra beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilməsi, o cümlədən yaxın günlərdə Bakıda İslam Həmrəyliyi Oyunlarının başlanacağını bildirib.

Sonda Azərbaycan Respublikasının Monteneqrodakı Nümayəndəliyinin müşaviri Anar Əcəmov, “Azmont İnvestments” şirkətinin icraçı direktoru Rəşad Əliyev, Monteneqronun tanınmış idmançıları Qoran Cukanoviç və Srdan Mrvalyeviç tərəfindən qaliblərə təltiflər təqdim edilib.

Tədbir mətbuatda işıqlandırılıb. 

Arxiv üzrə axtarış