2017-02-23

Monteneqronun iqtisadiyyat naziri Draqitsa Sekuliç Draqitsa Sekuliç İon-Adriatik layihəsi Monteneqroya Azərbaycan təbii qazının çatdırılması üçün yeganə mənbə olduğunu bildirmişdir.

23 fevral 2017-ci il tarixində  Bakıda keçirilən  “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü görüşündə iştirak etmək üçün Azərbaycana səfər edən nazir Draqitsa Sekuliç jurnalistlərə müsahibəsində İon-Adriatik qaz boru kəməri layihəsi Monteneqroya Azərbaycanın təbii qazının çatdırılması üçün yeganə mənbə olduğunu qeyd etmişdir.

"İon-Adriatik qaz boru kəməri layihəsinin son bir neçə ildə icrasını yüksək qiymətləndirirəm. Layihənin keçdiyi hər bir ölkədə icra işləri xeyli irəliləyib. Xorvatiyada artıq layihələndirmə prosesinə başlanılıb. Monteneqro və Albaniyada isə hazırlıq işləri davam etdirilir. Biz planlaşdırma və layihələndirmə işlərini yekunlaşdırırıq. Ümid edirik ki, 2-3 ildən sonra inşaat işlərinə başlaya bilərik", - deyə nazir əlavə edib.

O bildirib ki, İon-Adriatik boru kəməri Avropanın və dünyanın bu hissəsi üçün ən yüksək prioritet təşkil edən enerji layihələrindəndir: "Biz layihənin mümkün qədər tez icra olunması üçün əlimizdən gələni edəcəyik. Monteneqroda təbii qaz yoxdur. Layihə ölkəmizə təbii qazın ötürülməsi üçün yeganə mənbədir. Bu layihə Azərbaycan qazının Avropaya və eyni zamanda Avropanın qərbindən şərginə çatdırılmasında rol oynayır".

Nazir qaz kəmərinin mahiyyətinin  enerji təhlükəsizliyini təmin etmək və bütün ölkələrin qaz təchizatını şaxələndirmək oldurğunu nəzərə çatdırmışdır. D.Sekuliç müsahibəsində " Monteneqroya gəldikdə bu layihə yeganə qazlaşdırma yoludur. Bu, bizim üçün ən əhəmiyyətli layihədir" ifadəsini səsləndirmişdir.

D.Sekuliç sonda  "Mən hər zaman vurğulayıram ki, Azərbaycan Monteneqronun ən yaxın dostlarındandır. Monteneqro xalqı müxtəlif layihələr vasitəsilə bu dostluğun şahidi olur. SOCAR ilə əməkdaşlığımız da əhəmiyyət kəsb edir. SOCAR layihənin ilk günündən bizə yardım edir və öz dəstəyini göstərir. İnanırıq ki, bu əməkdaşlıq bundan sonra daha da genişlənəcək" fikrini nəzərə çadırmışdır. 

Arxiv üzrə axtarış