Monteneqronun Prezidenti Filip Vuyanoviç Bakıya işguzar səfər etmişdir.
Monteneqronun Prezidenti Filip Vuyanoviç cari ilin 16 mart tarixində Bakı şəhərinə işguzar səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüş keçirmişdir.
V Qlobal Bakı Forumunun artıq böyük beynəlxalq tədbirə çevrildiyini vurğulayan Prezident İlham Əliyev Forumda iştirakına görə Filip Vuyanoviçə minnətdarlığını ifadə etmiş və ikitərəfli münasibətlər haqqında fikir mübadiləsinin aparmışlar. Prezodent İ.Əliyev Azərbaycan ilə Monteneqro arasında əlaqələrin çox uğurla inkişaf etdiyini və Monteneqro ilə əməkdaşlıqdan razılıq ifadə etmişdir.
Filip Vuyanoviç V Qlobal Bakı Forumuna dəvətə görə minnətdarlığını bildirmiş və Prezident İlham Əliyevlə görüşündən məmnun olduğunu qeyd etmişdir. Açılış mərasimində söylədiyi nitq münasibətilə İlham Əliyevi təbrik edən Filip Vuyanoviç Prezident İ.Əliyevin daxili və regional vəziyyətlə bağlı səsləndirdiyi fikirlərin əhəmiyyətini vurğulamışdır. İkitərəfli əlaqələrin səviyyəsindən razılığını ifadə edən Filip Vuyanoviç Prezident İlham Əliyevin Azərbaycan-Monteneqro əlaqələrinin inkişafına verdiyi töhfəni çox yüksək qiymətləndirdiklərini vurğulamış və ölkələrimiz arasında bu cür yaxın, uğurlu və dost münasibətlərin olmasında Prezident İlham Əliyevin verdiyi dəstəyin vacibliyini qeyd etmişdir.
Görüşdə ölkə rəhbərləri iki ölkə arasında enerji, ticarət və digər sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparmışlar.