2017-02-11
Azərbaycan Respublikasının Monteneqrodakı səfiri Monteneqronun Nəqliyyat və Dənizçilik məsələləri naziri ilə görüşmüşdür
Görüşdə Səfir Eldar Həsənov nəqliyyat və dənizçilik məsələləri naziri vəzifəsinə təyin olunması münasibəti ilə Osman Nurkoviçi təbrik etmiş və fəaliyyətində uğurlar arzulamışdır.
E.Həsənov Azərbaycan şirkətlərinin Monteneqroda fəaliyyət göstərməsi üçün Monteneqro hökumətinin verdiyi dəstəyə görə təşəkkür etmişdir
Nazir Nurkoviç səfirə ziyarətə görə minnətdarlığını bildirmiş və Monteneqroda həyata keçirilən yollar, körpülər və tunellərin inşası üzrə infrastruktur layihələri barədə Səfirə məlumat vermişdir.