2017-02-12

Azərbaycan Respublikasının Monteneqrodakı səfiri Eldar Həsənov Monteneqronun Daxili İşlər Naziri Mevludin Nuhociç ilə görüş keçirmişdir.

Səfir Eldar Həsənov Azərbaycan və Monteneqro əlaqələrin  qarşılıqlı dəstək, etimad və ənənəvi əməkdaşlığa söykəndiyini ifadə etmişdir.

Nazir Mevludin Nuxociç səfirin fikirlərini bölüşərək, ölkələrimiz arasındakı münasibətlərin nümunəvi şəciyyə daşıdığını və Monteneqronun Azərbaycanın etibarlı dostu olduğunu qeyd etmişdir.

M.Nuxociç “Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Sazişi”n yaxın zamanda imzalanacağını  və “Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında fövqəladə hallar sahəsində əmakdaşlıq haqqında Saziş“ layihəsinin hal-hazırda daxili prosedurların son mərhələsində olduğunu bildirmişdir.

Nazir, iki ölkənin hüquq-mühafizə orqanları arasında əməkdşlıq əlaqələrinin inkişafının vacibliyini bildirmiş və Monteneqro Daxili İşlər Nazirliyinin Polis İdarəsinin İnterpolun Bakıdakı Mərkəzi ofisi ilə əməkdaşlıq etdiyini bildirmişdir. 

Arxiv üzrə axtarış