2017-02-10

Azərbaycan Respublikasının Monteneqrodakı səfiri Monteneqronun Maliyyə Naziri ilə görüş keçirmişdir

Səfir Eldar Həsənov birgə fəaliyyət və gələcək  ikitərəfli əməkdaşlıq perspektivlərini müzakirə etmək məqsədilə nazir Darko Radunoviçlə görüşmüşdür.

Tərəflər Monteneqro ilə Azərbaycan arasında tərəfdaşlığın möhkəmlənməsinə öz töhfəsini vermiş uğurlu layihələrdən məmnunluq ifadə etmişlər. D.Radunoviç bank, turizm, mədəniyyət və idman sahələrində, eləcə də Monteneqronun daxili iqtisadiyyatının güclənməsinə təkan verən dəstəyə görə Azərbaycan dövlətinə minnətdarlığını bildirmişdir.

Səfir E.Həsənov iki ölkə arasındakı münasibətlərin dostluq və qarşılıqlı anlaşma üzərində qurulduğunu qeyd etmişdir. Hər iki tərəf gələcək əməkdaşlığın inkişafı üçün imkanların və potensialın mövcud olduğu fikri ilə razılaşmışdır. 

Arxiv üzrə axtarış