Prezident Filip Vuyanoviç səfir Eldar Həsənovu qəbul etmişdir.
06 fevral 2017-ci il tarixində Monteneqro Prezidenti Filip Vuyanoviç Azərbaycan Respublikasının Monteneqrodakı səfiri Eldar Həsənovu qəbul etmişdir.
Prezident F.Vuyanoviç iki ölkə arasındakı sıx və konstruktiv münasibətlərdən məmnunluğunu bildirmişdir.
Prezident iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün böyük potensialın mövcud olduğunu qeyd etmişdir.
Səfir E.Həsənov qısa müddət ərzində iki ölkə arasında əlaqələrin tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən razılığını bildirmişdir. O, Azərbaycan və Monteneqro arasında iqtisadiyyat və turizm sahələrində əməkdaşlığın vacibliyini vurğulamşdır.