2017-02-02

Səfir Eldar Həsənovun Monteneqro Sosialistlərinin Demokratik Partiyasının (DPS) sədri Milo Cukanoviç ilə görüşü

02 fevral 2017-ci il tarixində Azərbaycanın Monteneqrodakı səfiri Eldar Həsənov Monteneqro Sosialistlərinin Demokratik Partiyasının  (DPS) sədri Milo Cukanoviç ilə görüşmüşdür. Hər iki tərəf Monteneqro ilə Azərbaycan arasında siyasi və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə etmişdir.

Səfir E.Həsənov ikitərəfli əlaqələrin inkişafına göstərdiyi şəxsi töhfələrinə görə partiyanın sədri M.Cukanoviçə minnətdarlığını bildirmişdir.

M.Cukanoviç öz növbəsində hər iki ölkə və xalq arasında bütün sahələrdə əlaqələrin möhkəmləndirilməsi üçün bundan sonra da səylərini əsirgəməyəcəyini qeyd etmişdir. 

Arxiv üzrə axtarış