2017-02-07

Azərbaycan Respublikasının Monteneqrodakı səfiri Monteneqronun Baş naziri Duşko Markoviçlə görüş keçirmişdir.

Görüş çərçivəsində tərəflər iki ölkə arasında bütün sahələrdə əlaqələrin  inkişafı perspektivlərinə toxunmuşlar. 

Baş nazir Azərbaycan və Monteneqro arasındakı əlaqələrin cari vəziyyətindən məmnun olduğunu və ölkədə Azərbaycan şirkəti tərəfindən həyata keçirilən “Portonovi” layihəsinin icrasının uğurla davam etdiyini qeyd etmişdir.

Səfir Eldar Həsənov Azərbaycanın Monteneqro ilə siyasi və iqtisadi sahələrdə əməkdaşlıq əlaqələrinin genişlənməsində maraqlı olduğunu və Azərbaycandan bu ölkəyə gələn turistlərin sayının artdığını nəzərə çatdırmışdır.

Duşko Markoviç Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən “TAP” layihəsinin Monteneqro və region üçün önəmindən bəhs etmiş və ölkəsinin bu layihəyə qoşulmaqda maraqlı olduğunu vurğulamışdır. 

Arxiv üzrə axtarış