2016-12-10

10 dekabr 2016-cı il tarixində Monteneqrodakı diplomatik nümayəndəliklərin iştirakı ilə “Milad xeyriyyə bazar”-ı keçirilmişdir.

Xeyriyyə yarmarkasının keçirilməsində məqsəd monteneqroluların xarici dövlətlərin tarixi, mədəniyyəti və mətbəxi ilə yaxından tanış olmaları, o cümlədən iştirakçılar tərəfindən satışa çıxarılan milli suvenirlərdən əldə olunan vəsaitlərin Monteneqronun uşaq evlərinə, uşaq xəstəxanalarına köçürülməsi olmuşdur.

AR-in Monteneqrodakı Diplomatik Nümayəndəliyi də Azərbaycan-Monteneqro mədəni və iqtisadi əlaqələr Mərkəzi ilə birlikdə həmin tədbirdə iştirak etmişdir. Azərbaycan üçün ayrılmış stenddə Hüseynbala Mirələmovun və Viktor Andriyanovun müəllifləri olduğu “Görkəmli insanların həyatı” silsiləsindən “Heydər Əliyev” kitabı, “Bakı” jurnalı, Azərbaycan uşaq şerlərindən nümunələrin Monteneqro  dilinə tərcümə edilmiş “İzvor Radosti” ( “Sevinc Qaynağı”) kitabı, Azərbaycan mətbəxi və incəsənət nümunələrinə, İrəvan və Qarabağ xalçalarına aid kitablar nümayiş etdirilmişdir. Eyni zamanda, milli suvenirlər, Azərbaycan mətbəxinin dadlı təamları, o cümlədən şirniyyatlarımızdan paxlava və şəkərbura nümayiş etdirilmiş və iştirakçıların geniş rəğbəti ilə qarşılanmışdır. 

Arxiv üzrə axtarış