2016-09-30

Beşinci Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Monteneqronun Donya Qoriça (UDG) Universitetinin rektoru Veselin Vukotiç Bakı Dövlət Universitetində olmuş və BDU rektoru akademik Abel Məhərrəmovla görüşüb.

V.Vukotiçlə keçirilən görüşdə rektor A.Məhərrəmov rəhbərlik etdiyi ali təhsil ocağı barədə ətraflı məlumat vermişdir. BDU-nun son illər elm və təhsil sahəsində beynəlxalq əlaqələrinin daha da genişləndiyini deyən A.Məhərrəmov belə görüşlərin universitetlər arasında əlaqələrin inkişafına təkan verəcəyinə əminliyini bildirmişdir.

V.Vukotiç BDU-da keçirilən görüşdən məmnunluğunu ifadə edərək təmsil etdiyi universitetin fəaliyyət istiqamətləri, ixtisaslaşma məsələləri haqqında məlumat vermişdir.

Sonda BDU ilə  UDG arasında əməkdaşlıq memorandumu imzalanmışdır.

Arxiv üzrə axtarış