2016-08-27

SOCAR ilə 4 Avropa ölkəsi İon-Adriatik qaz boru kəməri üzrə Anlaşma Memorandumu imzalayıb

Avqustun 25-26-da Dubrovnik Forumu çərçivəsində SOCAR ilə Xorvatiya, Albaniya, Bosniya və Herseqovina, Monteneqro arasında İon-Adriatik qaz boru kəməri (Ionian-Adriatic Pipeline - IAP) layihəsinin gələcəkdə tikintisi üzrə Anlaşma Memorandumu imzalanıb.

Xorvatiyanın iqtisadiyyat naziri Tomislav Paneniç bu boru kəmərinin gələcəkdə Cənub-Şərqi Avropanı təbii qazla təmin edəcəyini bildirib. Monteneqronun iqtisadiyyat naziri Vladimir Kavariç və digər çıxış edənlər də layihənin əhəmiyyətini vurğulayıblar.

Arxiv üzrə axtarış