“Monteneqronun xarici siyasəti 2006-2016” adlı inşa toplusu jurnal şəklində dərc olunmuşdur
Monteneqro Dövlət Universiteti və universitetin Tələbə Parlamenti tərəfindən Monteneqronun müstəqilliyini bərpa etməsinin 10 illik yubileyi münasibətilə “2006-2016-cı illərdə Monteneqronun xarici əlaqələri” adlı inşa müsabiqəsi keçirilmişdir. Müsabiqədə işitirak edən tələbələrdən Monteneqronun xarici ölkələr və Avropa İttifaqı ilə əlaqələrinə dair inşa yazmaları tələb olunmuşdur. Müsabiqənin qalibləri hökümət və dövlət rəsmiləri tərəfindən müəyyənləşdirilib və seçilmiş inşalardan ibarət “Monteneqronun xarici siyasəti 2006-2016” adlı inşa toplusu jurnal şəklində dərc olunmuşdur. Monteneqro Dövlət Universitetinin hüquq fakultəsinin məzunu Dea Trşiçin “Monteneqro-Azərbaycan əlaqələri” adlı inşası müsabiqədə birinci yerə layiq görülmüşdür.