2016-07-20

“Mən Azərbaycan haqqında nə bilirəm?” inşa müsabiqəsinin qaliblərinin Azərbaycana səfəri

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən təşkil edilən və Azərbaycanın Monteneqrodakı Diplomatik Nümayəndəliyinin təşkilati dəstək verdiyi “Mən Azərbaycan haqqında nə bilirəm?” inşa müsabiqəsinin Monteneqrodan olan qalibləri 9-18 iyul 2016-cı il tarixlərində Azərbaycanda səfərdə olmuşlar. Monteneqro da daxil olmaqla bir neçə ölkədən olan qaliblər səfər çərçivəsində ölkəmizin tarixi və mədəni abidələrini, muzeylərini,
Heydər Əliyev Mərkəzini, ADA Universitetini, İsmayıllı, Qəbələ, Şəki şəhərlərini ziyarət etmiş, Azərbaycan zəngin mədəni-tarixi irsi ilə tanış olmuşlar.



Arxiv üzrə axtarış