2016-07-12
Monteneqronun Prezidenti Zati-aliləri cənab Filip Vuyanoviçə
Hörmətli cənab Prezident,
Monteneqronun milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan ilə Monteneqro arasında genişlənməkdə olan əlaqələr, qarşılıqlı maraq doğuran əməkdaşlığımız bundan sonra da xalqlarımızın rifahına xidmət edəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monteneqro xalqına sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 11 iyul 2016-cı il.