Monteneqro Azərbaycan ilə iqtisadi əməkdaşlığı genişləndirmək istəyir
Azərbaycan ilə Monteneqro arasındakı davamlı siyasi dialoq və imzalanmış sazişlər gələcək əməkdaşlıq üçün möhkəm baza yaradır. Monteneqro Azərbaycan ilə iqtisadi əməkdaşlığın daha yüksək səviyyəyə çatdırılmasında birgə tədbirlərin həyata keçirilməsinə hər zaman hazırdır.
Bu fikirlər Monteneqro Baş nazirinin müavini Duşko Markoviçin Azərbaycanın bu ölkədəki səfiri Eldar Həsənovla görüşündə səsləndirilib.
Səfir Monteneqronun daxili və xarici siyasətdə əsas prioritetlərə nail olmasında Azərbaycanın tam dəstək verdiyini bildirərək, bu ölkədə müvafiq istiqamətdə həyata keçirilən islahatların yüksək qiymətləndirildiyini qeyd edib.
Monteneqro Baş nazirinin müavini siyasi əlaqələrin inkişafına və iqtisadi tərəfdaşlığın dərinləşməsinə Azərbaycanın göstərdiyi səylərə görə minnətdarlığını bildirib. O, Monteneqronun Azərbaycan ilə iqtisadi əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu deyib.