Fövqəladə halların qarşısının alınması sahəsində Azərbaycan-Monteneqro əməkdaşlığının böyük potensialı var
Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov oktyabrın 28-də Monteneqronun Baş naziri Milo Cukanoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazir Kəmaləddin Heydərov qonağa ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər haqqında ətraflı məlumat verib. Nazir iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın geniş perspektivlərinin olduğunu deyib.
Monteneqronun Baş naziri Milo Cukanoviç bildirib ki, bütün istiqamətlərdə olduğu kimi, fövqəladə halların qarşısının alınması sahəsində də Azərbaycan ilə əməkdaşlığın böyük potensialı vardır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.