2015-07-11
Monteneqronun Prezidenti Zati-aliləri cənab Filip Vuyanoviçə
Hörmətli cənab Prezident,
Monteneqronun milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan-Monteneqro əlaqələri, qarşılıqlı maraq doğuran əməkdaşlığımız dost xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monteneqro xalqına sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 10 iyul 2015-ci il.