Monteneqro dilinə tərcümə edilmiş “Yarımçıq əlyazma” əsəri maraqla qarşılanıb
Azərbaycanın tanınmış dilşünas və ədəbiyyatşünas alimi, akademik Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Əlaqələr Mərkəzinin təşəbbüsü və ölkəmizin Monteneqrodakı diplomatik nümayəndəliyinin dəstəyi ilə Monteneqro dilinə tərcümə edilib və çap olunub.
Azərbaycanın zəngin tarixi və mədəni irsini özündə ehtiva edən “Yarımçıq əlyazma” romanı ən yüksək qiymətə layiq görülərək onilliyin əsəri seçilib, bir çox mükafatlar qazanaraq Rusiya, Polşa, Fransa, Türkiyə, Braziliya, ABŞ, Avstriya, Qazaxıstan, Misir, İtaliya və digər ölkələrdə də çapdan çıxıb.