2015-06-12

Azәrbaycan Prezidenti İlham Əliyevin Monteneqro Prezidenti Filip Vuyanoviç ilә görüşü

İyunun 12-dә Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarının açılış mərasimindә iştirak etmək üçün ölkəmizə səfərə gələn Monteneqro Prezidenti Filip Vuyanoviç ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd edildi, bu əlaqələrin daha da genişləndirilməsi və möhkәmlәndirilməsi üçün maraq və imkanların mövcudluğu vurğulandı. Birinci Avropa Oyunlarının əhəmiyyəti qeyd olundu, bu Oyunların keçirilməsi üçün yaradılmış şərait yüksək qiymətləndirildi.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparıldı. Dövlət başçıları TAP və TANAP layihələrinin həyata keçirilmәsinin perspektivlәrini müzakirә etdilər.

Arxiv üzrə axtarış