AZƏRBAYCAN-MONTENEQRO MÜNASİBƏTLƏRİ

Diplomatik münasibətlərin qurulması:

Azərbaycan Monteneqronun müstəqilliyini 24 iyul 2006-cı ildə tanımışdır.

24 aprel 2008-ci il tarixində Azərbaycan Respublikası və Monteneqro arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır.

 

Səfirliklərin fəaliyyəti:

24 aprel 2012-ci il tarixində Azərbaycan Respublikasının Monteneqrodakı Diplomatik Nümayəndəliyi açılmışdır. 

3 dekabr 2013-cü il tarixində Monteneqronun Azərbaycanda Fəxri konsulluğu açılmış, Vüqar Əliyev Fəxri konsul təyin edilmişdir.

2019-cu ilin 9 aprel tarixində Monteneqronun Bakıda Diplomatik Nümayəndəliyi fəaliyyətə başlamışdır.

13 iyun 2022-ci ildə Azərbaycan Respublikasının Serbiya Respublikasındakı, eyni zamanda Monteneqrodakı səfiri Kamil Xasiyev etimadnaməsini Monteneqro prezidenti Milo Cukanoviçə təqdim etmişdir.

 

Parlamentlərarası əlaqələr:

AR Milli Məclisində Azərbaycan-Monteneqro parlamentlərarası işçi qrupunun 7 üzvü var, qrupun rəhbəri millət vəkili İqbal Məmmədovdur.

2021-ci ilin 10 iyun tarixində Monteneqro Parlamentində Azərbaycan ilə parlamentlər-arası dostluq qrupu yaradılmışdır. İşçi qrupunun 5 üzvü var, qrupun sədri millət vəkili Miodraq Lekiçdir.

 

Müqavilə-hüquq bazası

İki ölkə arasında 17 sənəd imzalanıb, 7 sənəd baxılmaqdadır.

 

Hökümətlərarası komissiya:

AR Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiya mövcuddur.

Komissiyanın ilk toplantısı 2014-cü ilin 5 mart tarixində Podqoritsa şəhərində, 2-ci iclası 25 iyun 2019-cu ildə Bakı şəhərində keçirilmişdir.

Azərbaycan tərəfindən həmsədr: AR əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev.

Monteneqro tərəfindən həmsədr: Monteneqronun iqtisadi inkişaf və turizm naziri Qoran Curoviç

Arxiv üzrə axtarış