KONSULLUQ VƏ VİZA
Viza almaq üçün tələb olunan sənədlər
Diplomatik və xidməti pasportlara malik Monteneqro vətəndaşları Azərbaycana vizasız səyahət edə bilər və 90 günədək ölkəmizdə qala bilərlər.
Viza almaq üçün Diplomatik Nümayəndəliyə aşağıdakı sənədlər təqdim edilməlidir:
İşgüzar, əmək, mədəni, idman, təhsil və humanitar məqsədli səfərlər
- Pasportun əsli və onun əsas səhifələrinin surəti (pasportun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır) ;
- Müvafiq qaydada doldurulumuş ərizə-anket EVİSA.MFA.GOV.AZ
- biometrik identifikasiya tələblərinə uyğun iki ədəd rəngli fotoşəkil
(3x4sm);
- nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti (vəsatət formasını yüklə);
- dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti (qeyri-dövlət təşkilatları üçün);
- Dəvət edən tərəfin dəvətin səbəbini göstərən imzalanmış və möhürlənmiş dəvət məktubu;
- tibbi sığorta şəhadətnaməsinin surəti (dəvət edən tərəf tibbi xidmətləri öz üzərinə götürmədikdə);
- viza verilməsi ucun dövlət rüsumunun ödənilməsi barədə sənəd
Rəsmi səfərlər
- əcnəbinin və vətəndaşlığı olmayan şəxsin təmsil etdiyi ölkənin və ya beynəlxalq təşkilatın rəsmi notası və ya Azərbaycan Respublikasının müvafiq qurumlarının vəsatəti;
- Pasportun əsli və onun əsas səhifələrinin surəti (pasportun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır) ;
- Müvafiq qaydada doldurulumuş ərizə-anket EVİSA.MFA.GOV.AZ ;
- biometrik identifikasiya tələblərinə uyğun iki ədəd rəngli fotoşəkil
(3x4sm);
- tibbi sığorta şəhadətnaməsinin surəti (dəvət edən tərəf tibbi xidmətləri öz üzərinə götürmədikdə)
Şəxsi səfərlər
- Şəxsi səfər vizası Azərbaycan Respublikası vətəndaşının, Azərbaycan Respublikasında daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin, Azərbaycan Respublikasında müvəqqəti yaşamaq ucun icazəsi olan əməkçi miqrantın və ya təhsil alan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin (yalnız həmin əməkçi miqrantın və ya təhsil alan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin ailə üzvləri üçün) müvafiq icra hakimiyyəti orqanı tərəfindən rəsmiləşdirilmiş dəvətnaməsi;
- dəvət edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti;
- Pasportun əsli və onun əsas səhifələrinin surəti (pasportun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır) ;
- Müvafiq qaydada doldurulumuş ərizə-anket EVİSA.MFA.GOV.AZ ;
- biometrik identifikasiya tələblərinə uyğun iki ədəd rəngli fotoşəkil
(3x4sm);
- tibbi sığorta şəhadətnaməsinin surəti (dəvət edən tərəf tibbi xidmətləri öz üzərinə götürmədikdə)
- viza verilməsi ucun dövlət rüsumunun ödənilməsi barədə sənəd
Turizm məqsədli səfərlər
- turizm vauceri və ya turizm yollayışı, yaxud sərnişin bileti və mehmanxanada, kempinqdə, turist bazasında və ya digər bu kimi obyektlərdə yer sifariş edilməsini təsdiqləyən sənəd (otelin imzalanmış və möhürlənmiş məktubu);
- Pasportun əsli və onun əsas səhifələrinin surəti (pasportun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır) ;
- Müvafiq qaydada doldurulumuş ərizə-anket (EVİSA.MFA.GOV.AZ )