2016-09-01
Montenegronun şahmat nümayəndə heyəti Bakıya gəlib

15 nəfərdən ibarət Monteneqro heyəti 42-ci Şahmat Olimpiadasında iştirak üçün Bakıya gəlib. Səfər zamanı heyətin başçısı Branislav İvanoviç Monteneqronun Azərbaycan Respublikasındakı Fəxri Konsulluğunu ziyarət etdi. Fəxri Konsul Vüqar Əliyevlə görüş zamanı qonaqlar 42-ci Şahmat Olimpiadasının çox yüksək səviyyədə keçirildiyini qeyd etdilər. Fəxri Konsul qonaqlara Monteneqro – Azərbaycan münasibətləri haqqında məlumat verdi və qonaqları Fəxri Konsulluğun fəaliyyəti ilə tanış etdi. 

 

 

növbəti xəbər əvvəlki xəbər