2016-06-26
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev Monteneqroya səfər edib

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin başçılıq etdiyi nümayəndə heyəti 2016-cı il  iyunun  23-dən 26-dək Monteneqroda rəsmi səfərdə olmuşdur.    

Ali Məhkəmənin sədrini Monteneqro  Respublikasının Prezidenti Filip Vuyanoviç qəbul etmişdir. Söhbət zamanı iki ölkə arasnda siyasi, iqtisadi və mədəni əlaqələrin, eyni zamanda məhkəmə hüquq sistemlərinin qarşılıqlı münüsibətlərinin yüksələn xətlə inkişaf etdiyi vurğulanmışdır.

Ali Məhkəmənin sədri Monteneqro Ali Məhkəməsinin sədri xanım Vesna Medenisa ilə,  Məhkəmə Şurasının sədri, professor doktor Mladen Vudçeviçlə,  Baş  nazirin müavini  Duşko Markoviçlə keçirdiyi rəsmi görüşlərdə Azərbaycanla   Monteneqronun məhkəmə hüquq   sistemləri arasında əməkdaşlıq əlaqələrindən və bu əlaqələrin daha da genişləndirilməsi zərurətindən danışmışdır. 

 

növbəti xəbər əvvəlki xəbər