2016-03-10
Monteneqro ilə Azərbaycan arasında yüksək səviyyəli dostluq münasibətləri var

Monteneqro ilə Azərbaycan arasında möhkəm və yüksək səviyyəli dostluq münasibətləri var. İkitərəfli əlaqələrin gələcək inkişafı üçün yaxşı baza yaradılıb.

Bunu jurnalistlərə açıqlamasında Monteneqronun Prezidenti Filip Vuyanoviç deyib.

Prezident diqqətə çatdırıb ki, iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsi üçün geniş imkanlar mövcuddur. “Cənub” qaz dəhlizi layihəsi qitələr və regionlar arasında əməkdaşlığın inkişafı baxımından çox əhəmiyyətlidir. Onu cəsarətlə “Əsrin layihəsi” adlandırmaq olar.

Forumun qlobal əhəmiyyət daşıdığını qeyd edən Filip Vuyanoviç buna görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkürünü bildirib.

növbəti xəbər əvvəlki xəbər