2015-12-07
Monteneqronun Prezidenti Filip Vuyanoviçdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Prezident,

“Günəşli” yatağındakı platformada yanğın nəticəsində çoxlu sayda insanın həyatını itirməsi ilə əlaqədar Monteneqro xalqı adından və şəxsən öz adımdan Sizə dərin hüznlə başsağlığı verirəm.

Monteneqro xalqı bu ağır günlərdə Azərbaycan xalqının kədərini bölüşür.

Cənab Prezident, faciə qurbanlarının ailələrinə də başsağlığımızın çatdırılmasını xahiş edirəm. Qoy, bilsinlər ki, biz də onların kədərinə şərikik.

Möhtərəm Prezident, yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Filip Vuyanoviç

Monteneqronun Prezidenti

növbəti xəbər əvvəlki xəbər