Səfir

Azərbaycan Respublikasının Serbiya Respublikasındakı, Monteneqrodakı və Bosniya və Herseqovinadakı Fövqəladə və Səlahiyyətli Səfiri professor,

doktor Eldar Hümbət oğlu Həsənovun tərcümeyi-halı

 

 

 

 

 

 

10 oktyabr 1955-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunda anadan olub.

 

Təhsili

1972-1977- ci illərdə Azərbaycan Dövlət Politexnik İnstitutunda təhsil alıb.

 

1978-1983-cü illərdə SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasını hüquqşünas ixtisası üzrə bitirib.

 

İş fəaliyyəti

 

1977-1992-ci illərdə Daxili İşlər Nazirliyi, inspektor, baş inspektor, Bakı şəhəri cinayət axtarışı idarəsinin rəisi, Gəncə şəhəri Polis İdarəsinin rəisi olmuşdur.

 

1992-1993-cü illərdə Azərbaycanda İnterpolun Milli Bürosunun rəhbəri olmuşdur.

1993-cü ildə Azərbaycan Respublikası daxili işlər nazirinin birinci müavini olmuşdur.

 

1993-1995-ci illərdə Azərbaycan Respublikası Baş prokurorun birinci müavini olmuşdur.

 

1995-2000-ci illərdə Azərbaycan Respublikasının Baş prokuroru olmuşdur.

 

may 2000-ci ildə Azərbaycan Pedaqoji Universitetində dosent olmuşdur.

 

sentyabr 2000-ci ildən - 2001-ci ilin mart ayınadək Alkoqolizm və digər asılıqlar üzrə Beynəlxalq Şuranın (İCAA) BMT proqramının MDB və Türkiyə üzrə əlaqələndiricisi olmuşdur.

 

28 mart 2001-ci ildən – 28 mart 2013-cü ilədək Azərbaycan Respublikasının Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri (2009-cu ildən Azərbaycan Respublikasının qərargahı Buxarest şəhərində olmaqla Serbiya Respublikasındakı, 2010-cu ildən Monteneqrodakı, 2011-ci ildən Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri) olmuşdur.

 

2013-cü il martın 28-dən etibarən qərargahı Belqrad şəhərində olmaqla Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqro və Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri

 

 

  • Beynəlxalq Hüquqşünaslar İttifaqının Sədr müavini (Moskva, Rusiya)
  • Demokratiya və İnsan Hüquqları üzrə Avropa Hüquqşünaslar Assosiasiyasının üzvü (Düsseldorf, Almaniya)
  • Alkoqolizm və digər asılıqlar üzrə Beynəlxalq Şuranın (İCAA) üzvü və İCAA-nın Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional bürosunun direktoru (Buxarest, Rumıniya)
  • Rumıniyanın narkotiklərlə mübarizə üzrə Assosiasiyasının fəxri üzvü (Buxarest, Rumıniya)
  • Davamlı sülh və inkişaf naminə Beynəlxalq Fondun Baş katibi (Sofiya,Bolqarıstan)

 

 

Elmi fəaliyyəti

 

Mütəşəkkil cinayətkarlıq, xüsusilə terrorizm və narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair və digər mövzularda 25 kitab, dərslik və dərs vəsaitinin, eləcə də 170-dən çox elmi və publisistik əsərin müəllifidir.

 

  • Professor, hüquq elmləri doktoru
  • Rumıniyanın Ovidius, Babeş-Bolyay və Andrey Şaquna Universitetlərinin fəxri doktoru
  • Serbiya Kral Akademiyasının üzvü

 

Rütbələri

 

Ədliyyə general-leytenantı

Fövqəladə və səlahiyyətli Səfir

 

Azərbaycanın (“İgidliyə görə” medalı, “Qanunun və ictimai asayişin təmin edilməsində xidmətlərinə görə” medalı, “Azərbaycan bayrağı” ordeni), Rumıniyanın (“Xidmətlərə görə” Böyük Xaç Kavaleri ordeni), Serbiyanın (“II dərəcəli Serbiya bayrağı”) dövlət mükafatları və medalları ilə təltif olunmuşdur.

 

Ailəlidir, 3 övladı var

 

Bildiyi xarici dillər

 

Rus, türk, ingilis, rumın və serb.